Səfər - sefer.az

iOS app by 5050 MMC. Travel · 5050 MMC

Store rating
0 / 5
Store rating count
0
Download price
Free to download
In-app purchases
Unknown
Version
1.0.6
Listing last refreshed
2026-09-15

View the original store listing

Store description excerpt

Səfər - Azərbaycanın şəhərlərarası səfər tətbiqidir. Bakıdan rayonlara, rayondan rayona gedən sürücülərlə sərnişinləri bir yerə gətirir. FƏRQİ NƏDİR Oturacağınızı ÖZÜNÜZ seçirsiniz. Səfər tətbiqində yer xəritəsi var: hansı oturacağın boş olduğunu görürsünüz və istədiyinizi seçirsiniz. Qonşunuzun kişi və ya qadın olduğu yer xəritəsində göstərilir. Xanım sərnişin kimin yanında oturacağını əvvəlcədən bilir. Hər oturacağın öz qiyməti var. Qiyməti sürücü təyin edir və elanda göstərildiyindən artıq ala bilmir. Sizsə öz qiymətinizi təklif edə bilərsiniz. Sürücü razılaşsa, yeriniz həmin qiymətə açılır. SƏRNİŞİN ÜÇÜN • Şəhər, tarix və yer sayı ilə axtarış • Yer xəritəsindən konkret oturacağın seçilməsi • Öz qiymətinizi təklif etmək imkanı • Sürücünün ulduzu, yaşı, təcrübəsi və sərnişin rəyləri • Maşının şəkilləri, markası, rəngi və nömrəsi • Siqaretsiz maşın süzgəci • Görüş nöqtəsi xəritədə • Səfər başlayanda sürücünün canlı yeri • Yaxınınıza təhlükəsizlik linki: harada olduğunuzu görür, tətbiq tələb etmir • Tətbiqdaxili zəng. Sürücü və sərnişinlə danışıqlarınız pulsuz olsun SÜRÜCÜ ÜÇÜN • Bir neçə toxunuşla elan: marşrut, vaxt, hər yerin qiyməti • Yol üstündəki şəhərlər üçün ayrıca qiymət • Yol kənarından götürdüyünüz sərnişin üçün əl ilə yer bağlama • Təkrarlanan səfərlər: hər gün və ya seçilmiş günlər • Geri qayıdış səfərinin bir toxunuşla hazırlanması • Qapıdan götürmə: ünvanlar, sıra və vaxt avtomatik hesablanır • Bağlama daşınması • Sərnişinlərinizin yeri xəritədə BAĞLAMA Bağlamanı sürücü ilə göndərin. Alıcıya SMS ilə 4 rəqəmli təhvil kodu gedir, qapıda onu deyir və bağlamasını alır. Bağlamanın harada olduğunu həm göndərən, həm alıcı tətbiqdə xəritədə izləyir; izləmə səfər bitəndə bağlanır. ÖDƏNİŞ Yol haqqı sürücüyə nağd verilir. Buraxılış dövründə rezervasiya üçün heç bir ödəniş alınmır. Səfər daşıma xidməti göstərmir, sürücü ilə sərnişini bir araya gətirən elan platformasıdır. Daşıma müqaviləsi birbaşa sürücü ilə sərnişin arasındadır. İstifadə qaydaları: https://sefer.az/terms Məxfilik siyasəti: https://sefer.az/privacy

Review coverage

AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.

Recent captured chart positions

No chart positions have been captured for this app yet.

Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.