MəfatihulCinan

iOS app by ali Al-Saedi. Books · ali Al-Saedi

Store rating
0 / 5
Store rating count
0
Download price
Free to download
In-app purchases
Unknown
Version
1.0
Listing last refreshed
2026-09-08

View the original store listing

Store description excerpt

Bismillahir rəhmanir rəhim وَقَالَ رَبُّكُمُ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ Və Rəbbiniz buyurur: “Siz dua edin, diləyin biz də dualarınızı qəbul edək. (Ğafir. 60) Bütün varlığın əvvəli olan Allaha həmd-səna olsun! Ondan əvvəl heç bir varlıq olmayıb və O, varlığın əvvəli və sonudur. O, gözlərə görünməyən və insan təfəkkürü ilə vəsf olunmayan Allahdır. Allah-taala qüdrəti ilə məxluqatı xəlq etdi və onları Öz iradəsinə əsasən yaratdı. Sonra bütün yaranışı Öz iradəsi yoluna hidayət etdi və Öz eşq və məhəbbətinin seyrgahına doğru yönəltdi. Varlıq aləmindəki mövcudlar Allahın onlar üçün təyin etdiyi məhduddan çıxmağa qadir deyillər. Onların hər biri üçün Allahın lütfündən qaynaqlanan ruzi vardır. Allah-taala hər kəsə firavan ruzi verərsə, heç kəs onu azalda bilməz; hər kəsə az ruzi qismət edərsə, heç kəs onu çoxalda bilməz. Allah-taala hər bir mövcud həyatını müəyyən zamanda təyin etmiş və onun üçün son an qərar vermişdir; ömrün ötüb keçən günləri ilə həmin son ana sarı irəliləyir və ömrün illəri ilə ona yaxınlaşır. Elə ki, ömrünün son anına yetişdi və həyat kasası dolub daşdı, Allah onun canını alır. Sonra insanı son məqsədə sarı, yəni çoxlu savaba, ya dərdli əzaba doğru yola salır, təki Allahın ədalət məhkəməsi ilə pis əməl sahibləri cəzalansın və yaxşı əməl sahibləri mükafatlansınlar. Onun adları pak və nemətdən arasıkəsilməzdir. Heç kəs Ondan etdiyi işə görə sual-cavab etməz. Amma hamı onun məhkəməsindən keçməlidir. Bütün işlərin açarı əlində olan böyük Allah sitayişə layiqdir. Ona təvəkkül etməklə hər bir çətinlik aradan gedir. Doğrudan da dua böyük bir fəzilətə malikdir. Dua möminin silahıdır və insanı bəlalardan qoruyur. Dua insan hacətlərinin qəbuluna, arzu-istəklərin həyata keçməsinə səbəb olur. Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Qələbə və xoşbəxtliyin açarı duadır. Ən yaxşı dua pak və təqvalı qəlbdən gələn duadır.” İmam Cəfəri Sadiq (ə) buyurub: “Dua, “sabit taleyi” möhkəmləşəndən sonra belə dəyişdirir. Belə isə çox dua edin! Dua hər bir rəhmətin açarı və hər bir hacətin rəva olmasına səbəbdir. Allahın yanında olana yalnız dua ilə çatmaq mümkündür. Bəli, əgər qapını çox döysən, tez üzünə açılar.” Həmçinin İmam Sadiq (ə) buyurub: “Bəndə dua edərkən Allah-taala onun nə istədiyini yaxşı bilir. Amma O istəyir ki, hacətlər Ona təqdim olunsun. Buna görə də dua edərkən hacətini, istəyini dilə gətir və ondan ad apar. Allah-taala bəndəsinin Ondan öz hacətini diləməsini hər şeydən çox istəyir.” İmam Sadiq (ə) yenə də buyurur: “Dua edin! Çünki dua hər bir dərdin dərmanıdır. Dua edəndə belə fikirləş ki, hacətin qapının dalındadır.” Əziz oxucular, mömin bacı və qardaşlar! Əlinizdə olan bu kitabın adı “Məfatihul-cinan”, yəni cənnətlərin açarlarıdır. Geniş dua və ziyarətnamələr toplusuna malik bir kitabdır. Kitab - giriş, üç bölmə və bir sonluqdan ibarətdir: Giriş – burada dua və namazlarda daha çox istifadə olunan ayə və surələr, məhz dua edən bəndələrin və zəvvarların rahatlığını nəzərə alıb gətirilmişdir. Birinci bölmə: gündəlik namazların təqibatı,

Review coverage

AppRill has captured 0 reviews for this app. This is a collected sample, separate from the store rating count. Latest review capture: Not captured yet.

Recent captured chart positions

No chart positions have been captured for this app yet.

Chart position, rating count and review coverage do not establish downloads, revenue or profit. Understand the differences.